Bakıda bir gündə yol qırğını: 5 nəfər ölüb
05 avqust 2013 12:55 (UTC +04:00)

Bakıda bir gündə yol qırğını: 5 nəfər ölüb

Şənbə günü Bakıda baş vermiş 4 yol qəzası nəticəsində 5 nəfər ölüb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən verdiyi məlumata görə, avqustun 3-ü saat 08 radələrində Sabunçu rayonu B.Bünyatov küçəsində Cəbrayıl rayon sakini Elnur Hüseynov idarə etdiyi «VAZ-21114» markalı avtomobillə Bakı şəhər sakini İlqar Süleymanovu vurub, sonuncu hadisə yerində ölüb. Bundan başqa Sabunçu rayonu ərazisində, Şəhər şosesində Lerik rayon sakini Ramiq Hadıyev idarə etdiyi «Volksvagen» markalı avtomobillə Bakı şəhər sakini Azər Abbasovu vurub, piyadaçı 3 saylı xəstəxanada ölüb.

 

 

Avqustun 3-ü saat 00:25 radələrində Suraxanı rayonu Nəqliyyat küçəsində Bakı şəhər sakinləri Ramin Qasımovun idarə etdiyi «VAZ-2106» markalı və Masallı rayon sakini Emin Əliyevin idarə etdiyi «BMV» markalı avtomobillər toqquşub. Nəticədə, R.Qasımov aldığı xəsarətdən xəstəxanada ölüb. Avqustun 3-ü saat 16 radələrində Xətai rayonunun Zeytun küçəsində baş vermiş hadisədə isə 2 nəfər ölüb. Bakı şəhər sakinləri Rüfət Hüseynovun idarə etdiyi «Kia-Carens» markalı və Qubadlı rayon sakini Sevindik Zeynalovun idarə etdiyi «VAZ-21063» markalı avtomobillər toqquşub. Nəticədə, S.Zeynalov, sərnişini Mirzə Xalıqov hadisə yerində ölüb, R.Hüseynov və sərnişinləri - Cahid Əliyev, Fərman Əhmədov və Səbuhi Mikayılov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4130

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10