Bakıda ölümlə pəncələşən kişini belə xilas etdilər
05 may 2014 12:34 (UTC +04:00)

Bakıda ölümlə pəncələşən kişini belə xilas etdilər

0

Mayın 4-də saat  21:35-də 112 xidmətindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə Binəqədi rayonu Azdlıq prospekti 168 ünvanında yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, vətəndaşın  köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Nərimanov  rayonu  üzrə  xilasedicilər  qrupu  hadisə  yerinə  çıxıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, bina üçün  qazılan özüldə torpaq-qazma işləri görərkən iki "Shacman" markalı avtomobil toqquşub və avtomobillər deformasiyaya uğrayıb. Qəza nəticəsində 90-JR-378 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1951-ci il təvəllüdlü Ayvaz Hacıyevin ayaqları    sıxılmış  vəziyyətdə  qalıb  və  çıxmaq  iqtidarında  olmayıb.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, təhlükəsizlik qaydalarına riayət etməklə  xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsilə sürücünü çıxardıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin  ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1487

Oxşar yazılar