Bakıda polisin axtardığı 5 nəfər tutuldu
13 oktyabr 2015 11:39 (UTC +04:00)

Bakıda polisin axtardığı 5 nəfər tutuldu

Bakı şəhər Baş Polis İdarəsi axtarışda olan şəxslərin yaxalanması ilə bağlı məlumat yayıb. Lent.az idarəyə istinadən xəbər verir ki, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 29-da 8-ci mikrorayonda yaşayan Xədicə Tağıyevanın evindən qızıl boyunbağısını oğurlamaqda şübhəli bilinən Sədərək rayon sakini, 1987-ci il təvəllüdlü Musa Fətullayev tutulub.

 

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də Q.Qarayev prospektində Bakı şəhər sakini Fərhad Poladova və sentyabrın 11-də Şərifli küçəsində Elnur Abbasova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Valeh Hüseynov tutulub.

 

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR  CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Niyaməddin Həşimov tutulub.

 

Nəsimi RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Aydın Heydərov tutulub.

 

Nəsimi RPİ CAŞ, 19-cu PB və Tərtər RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1973-cü il təvəllüdlü Elxan Tağıyev tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202

Oxşar yazılar