Bakıda qatarda partlayış cəhdinin qarşısı alınıb - EKSKLÜZİV
06 iyun 2013 10:19 (UTC +04:00)

Bakıda qatarda partlayış cəhdinin qarşısı alınıb - EKSKLÜZİV

İyunun 5-də Bakıda qatarda partlayış törədilməsi cəhdinin qarşısı alınıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu Keşlə qəsəbəsi Keşlə dəmiryol stansiyasında Bakıdan Qazaxa gedən qatarda partlayıcı əşyanın olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hüquq-mühafizə orqanlarından kinoloji qruplar və pirotexniki işlər üzrə mütəxəssislər, eləcə də xüsusi əməliyyat qrupları hadisə yerinə cəlb edilib və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

 

Dərhal Bakı-Qazax sərnişin qatarının hərəkətinin dayandırılması əmri verilib və qatar Keşlə stansiyası ərazisində saxlanılıb, sərnişinlər qatardan uzaqlaşdırılıb. Qatarın bütün vaqonlarına baxış keçirilib. Bu zaman qatarın 10-cu vaqonunda partlayış təhlükəli əşyalar aşkar olunub. Aşkar edilmiş partlayıcı təhlükəli əşyalar hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə götürülərək aidiyyəti üzrə aparılıb.

 

Əməliyyatdan sonra qatarın hərəkəti davam etdirməsinə icazə verilib.

 

Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

# 3727
avatar

Nizam Rza

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51