Bakıda qəza: bir ailənin 3 üzvü xəstəxanalıq oldu
29 dekabr 2017 00:02 (UTC +04:00)

Bakıda qəza: bir ailənin 3 üzvü xəstəxanalıq oldu

0

Bakıda yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb. APA-nın xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Balaxanı yolunda iki minik avtomobilinin  toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar 1989-cu il təvəllüdlü Təhməzov Anar Mövsum oğlu, 1995-ci il təvəllüdlü Təhməzova Dəniz Mövsüm qızı və 1965-ci il təvəllüdlü Təhməzova Nailə İstanbul qızıdır.  

 

N.Təhməzovanın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

 

Digər avtomobildə olanlar xəsarət almayıb.

 

Faktla bağlı araşdırma aparılır.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar