Bakıda şadlıq sarayının qarşısında faciəvi hadisə
30 may 2013 10:24 (UTC +04:00)

Bakıda şadlıq sarayının qarşısında faciəvi hadisə

Bakı şəhərinin Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 27-da Babək prospekti 3 ünvanında yerləşən “Monte Karlo” şadlıq sarayının qarşısında 1946-cı il təvəllüdlü Sərtiq İsmayılov idarə etdiyi "Daewoo Nexia" markalı minik avtomobili ilə 1961-ci il təvəllüdlü Rafiq Ələkbərovu vurub.
 

3 saylı şəhər xəstəxanasına yerləşdirilən R.Ələkbərov mayın 29-da ölüb.
 

Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748

Oxşar yazılar