
Bakıda qadın dənizdə boğuldu, uşaq xilas edildi
Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub. Məlumatda iki nəfərin suda boğulduğu bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı Bakı şəhər Xəstəxanasına çatdırılıb.
Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır.
Oxşar yazılar
Polis yanğın törədən şəxsləri müəyyən etdi
9 avqust 2025 , 22:59
Xəstəxananın həyətində yanğın - 3 hektar ərazi yandı
9 avqust 2025 , 22:15
Bakıda FACİƏ: 61 yaşlı kişinin meyiti pilləkən qəfəsində tapıldı
9 avqust 2025 , 19:08Evlərdən oğurluq edənlər belə SAXLANILDI
9 avqust 2025 , 18:06
Sumqayıtda ağacın altında meyit tapıldı
9 avqust 2025 , 18:04
Bakıda FACİƏ: usta hündürlükdən yıxılıb öldü
9 avqust 2025 , 17:16
Zabratda DƏHŞƏT: 29 yaşlı kişini belə öldürdülər -YENİLƏNİB
9 avqust 2025 , 16:58