Bakıda və Sumqayıtda qumarxanalar aşkarlanıb
20 avqust 2013 23:12 (UTC +04:00)

Bakıda və Sumqayıtda qumarxanalar aşkarlanıb

0

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami küçəsindəki 31 nömrəli evin zirzəmisində Qəbələ sakini Ruslan Nəhmətovun qanunsuz onlayn qumar oyunları təşkil etməsi müəyyən edilib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, baxış zamanı 10 kompüter dəsti, bir modem və 60 manat pul aşkar edilərək götürülüb.


Qurum əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospekti 4-cü məhəllə, 14 nömrəli binanın 19-cu mənzilində şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyənləşib.

 

Baxış zamanı oradan 11 kompüter dəsti, bir qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək, götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a  faktlarla bağlı araşdırmaların davam etdirildiyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1029

Oxşar yazılar