Daha bir ağır qəza Nizami rayonu ərazisində, Babək prospektində baş verib. APA-nın məlumatına görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib. Babək prospekti ilə yüksək sürətlə hərəkət edən 10 UF 288 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 10 DE 602 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobilə arxadan çırpılıb. Toqquşmadan sonra "Mercedes" yol kənarındakı bardürlərə də dəyib və aşıb. Hadisə nəticəsində "Mercedes"in şəxsiyyəti hələ dəqiqləşdirilməyən sürücüsü dünyasını dəyişib.
Gecə saatlarında Bakı-Quba yolunda da ağır qəza olub. Magistralın 20-ci kilometrliyində “Land Cruiser” və “VAZ 2107” markalı iki avtomobil toqquşub və “VAZ”ın sürücüsü hadisə yerindəcə keçinib.