Baş həkim Elnarə Tofiqqızının ölümündən danışdı
01 oktyabr 2013 16:26 (UTC +04:00)

Baş həkim Elnarə Tofiqqızının ölümündən danışdı

“Medi Sina” Tibb  Mərkəzinin baş həkimi Abbas Bağırov sentyabrın 20-də süd vəzi kanalının əməliyyatı zamanı dünyasını dəyişən Elnarə Niftəliyevanın ölümündən danışıb. Lent.az-ın “aznews.az”a istinadən xəbərinə görə, A. Bağırov hadisədən sonra qaçıb-gizlənməsi ilə bağlı xəbərləri təkzib edib: “Şayiə yayırlar ki, guya baş həkim hadisədən sonra qaçıb-gizlənir. Bu, tamamilə yanlış informasiyadır. Həmin hadisə mənim özümə də çox pis təsir edib. Ciddi bir əməliyyatda ölüm halı yaşansa, mənə bu qədər təsir etməzdi. Bu cür yüngül bir əməliyyatda gənc qadının həyatını itirməsi çox acınacaqlıdır. Həmin gün əməliyyatda üç həkim iştirak edib. Baş həkim -cərrah Mahir Məmmədov, asissent Fərəcullah İdrisov və anestezioloq Sirus İbrahimov. Hadisədə xüsusilə anestezioloqun səhvinin olması istisna deyil. Bununla belə, ölüm halının baş verməsinə müxtəlif səbəblər təsir edə bilər. Dəqiq nəticə Məhkəmə-Tibbi ekspertizasının yekun rəyindən sonra məlum olacaq. İlkin rəydə anestezioloqun səhvinin mövcudluğu göstərildiyinə görə, o, artıq bizim klinikadan azad edilib. Əməliyyata kim tərəfindən icazə verilməsinə gəldikdə, onu deyə bilərəm ki, həmin ərəfədə mən özüm də əməliyyat olunmuşdum. Xəstənin əməliyyatının bu klinikada baş tutması üçün razılıq anestezioloqla Mahir Məmmədovun danışığı nəticəsində əldə olunub. Hazırda Elnarə Niftəliyevanın dünyasını dəyişdiyi əməliyyat otağının qapısı istintaq qrupu tərəfindən möhürlənib”.

Məlumat üçün qeyd edək ki, əməliyyatda iştirak edən əsas həkim-cərrah Mahir Məmmədov Hərbi Hospitalın Onkologiya şöbəsinin müdiridir, əməliyyatda asissent olan Fərəcullah İdrisov Ə.Topçubaşov adına Elmi-Tədqiqat Mərkəzinin həkim-cərrahı, anestezioloq Sirus İbrahimov isə hadisə baş verən tibb mərkəzinin müqaviləli işçisi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1852
avatar

Oxşar yazılar