Bazar günü Azərbaycan yollarında: 16 qəza, 2 ölü, 18 yaralı
23 sentyabr 2013 10:21 (UTC +04:00)

Bazar günü Azərbaycan yollarında: 16 qəza, 2 ölü, 18 yaralı

Sentyabrın 22-də Azərbaycanın müxtəlif ərazilərində 16 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisələr nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən yol qəzaları Quba və Abşeron rayonlarında baş verib. Qubada avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Abşeron rayonunun Hökməli qəsəbəsində isə avtomobil piyadanı vurub öldürüb.

 

Dünən Bakıda iki yol qəzası baş verib və iki nəfər yaralanıb.

# 587
avatar

Nizam Rza

Oxşar yazılar