Bərdədə həmkəndlisini qətlə yetirən təslim oldu
10 sentyabr 2013 15:07 (UTC +04:00)

Bərdədə həmkəndlisini qətlə yetirən təslim oldu

0

Sentyabrın 9-da Bərdə rayonu Vəliuşaqlı kəndinin ərazisində kənd sakini Seymur Cəmilov ailə münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Elman Qurbanovu qətlə yetirib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Seymur Cəmilov könüllü olaraq Bərdə Rayon Polis Şöbəsinə gələrək təslim olub.

O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan tüfəngi və 2 ədəd patronu təhvil verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar