Bərdədə iribuynuzlu heyvanlar xilas edildi
12 oktyabr 2015 22:28 (UTC +04:00)

Bərdədə iribuynuzlu heyvanlar xilas edildi

Bərdənin Təbriz küçəsində fərdi evin həyətyanı sahəsində yerləşən mal tövləsində yanğın baş verib. APA-nın Qarabağ müxbiri xəbər verir ki, yanğın zamanı ev sahibi evdə olmayıb.

 

Mirzəyev Ədalət Kamran oğlunun həyətində alovu görən qonşular Fövqəladə Hallar Nazirliyinin, Bərdə Yanğından Mübarizə İdarəsinə zəng ediblər.

 

Tövlədə 10 başadək iri buynuzlu heyvan olub. Alovun miqyası genişlənmədən heyvanlar tövlədən çıxarılıb. Yanğınsöndürənlər alovun digər tiklilərə keçməsinin qarşısını alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212

Oxşar yazılar