Cəzaçəkmə müəssəsinə tiryək keçirilməsinin qarşısı alınıb
22 sentyabr 2014 15:36 (UTC +04:00)

Cəzaçəkmə müəssəsinə tiryək keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saytına istinadən məlumatına görə, ixtisaslaşdırılmış müalicə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.2 maddəsinə əsasən azadlıqdan məhrum edilən məhkum Bilal Fizuli oğlu Hacıyev görüşdən çıxarkən üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı şalvarın cibindən şokolad kağızının içərisində sellofana bükülmüş xalis çəkisi 0,488 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806

Oxşar yazılar