Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılan Zaur Süleykinin ətrafında Yasamal RPİ 28-ci və 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 köşkdən, 1 qarajdan, 4 avtomobildən, habelə 6 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Bundan başqa oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elman Ələkbərovun ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun sentyabrın 8-dən 18-dək olan müddətdə daha 3 şəhər sakininə məxsus mobil telefonları oğurlaması da ortaya çıxarılıb.
Daha bir nəfər isə Gəncədə tutulub. Belə ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 5-dən sentyabrın 3-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 aptekdən, şəhər sakini olan bir qadına məxsus çantadan, 3 avtomobildən, habelə 3 evin həyətindən su mühərriki, pul, məişət əşyaları və akkumulyator oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Samir İbrahimov yaxalanıb.