Daxili İşlər Nazirliyinin şöbə rəisi xəstəxanada ölüb
05 iyun 2013 15:38 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin şöbə rəisi xəstəxanada ölüb

Mayın 29-na keçən gecə Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanan şəxslərdən biri xəstəxanada ölüb. Lent.az-ın məlumatına görə, 90 FP 014 dövlət qeydiyyat nişanlı “VAZ 2114” və 10 XO 058 nömrəli ”Hyundai”ın toqquşması nəticəsində ağır xəsarət alan Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralılar, Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 26 yaşlı Xəlilov Fərid Rasim oğlunun vəziyyəti isə normallaşıb.

 

Məlumata görə, qəzadan sonra hər iki avtomobil yanıb. Yaralılar FHN-in xilasediciləri tərəfindən əzilmiş maşınlardan çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

 

Qeyd edək ki, E.Həsənovun idarə etdiyi “Hyunadi” qəza zamanı zərbənin gücündən bardürün digər tərəfinə düşüb. Bu vaxt o biri hərəkət zolağında sürətlə hərəkətdə olan başqa bir maşın onu vurub. Odur ki, polis polkovniki digər şəxslərə nisbətən daha ağır xəsarətlər alıb.  

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

# 7199
avatar

Nizam Rza

Oxşar yazılar

Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31