Araşdırmaçı-jurnalist Eynulla Fətullayev Fransanın Kale şəhərində yerli polis tərəfindən saxlanılıb.
Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, insident E.Fətullayevin rəhbərlik etdiyi haqqin.az saytının çəkiliş qrupu La-Manş tunelinin yaxınlığında tunel vasitəsilə Britaniyaya keçməyə çalışan qaçqınlar barədə reportaj hazırlayarkən baş verib.
E.Fətullayevlə bərabər operator Əli Sultanov və rejissor İdris Heydərov da saxlanılıblar. Polis onların sənədlərini alıb. Hər üç jurnalisti hazırda polis maşınında saxlayırlar. Polis onların niyə saxlanıldıqları barədə suala cavab verməkdən imtina edir.