Gecəyarısı bulvarda həyəcanlı anlar
18 iyun 2013 11:37 (UTC +04:00)

Gecəyarısı bulvarda həyəcanlı anlar

Bu gün saat 03:45 radələrində Dənizkənarı Milli Park ərazisində gənc qız intihara cəhd edib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin vaxt 1993-cü il təvəllüdlü Səttarova Səbinə Rabil qızı özünü dənizə ataraq intihara cəhd göstərib. Səbail RPİ PPX əməkdaşları 20 yaşlı qızı son anda xilas edib.

 

39-cu polis bölməsinə gətirilən S.Səttarova bildirib ki, həyat yoldaşı ilə yola getmir və bu səbəbdən də intihar etmək qərarına gəlib.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1927

Oxşar yazılar