Gəncədə “partlayış” törətmək istəyən həbs edildi - YENİLƏNİB
02 dekabr 2013 17:28 (UTC +04:00)

Gəncədə “partlayış” törətmək istəyən həbs edildi - YENİLƏNİB

0

Gəncə Hava Limanına partlayıcı qurğu qoyulması barədə polisə yalan məlumat verən şəxs tutulub.


 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 30-da saat 19.13-də Gəncə şəhərində yaşayan Anar Həsənov DİN-in "102" Zəng Xidmətinə zəng edərək Gəncə Hava Limanını partladacağını, dekabrın 1-də isə Gəncə Şəhər Baş Polis İdarəsinə və Gömrük Komitəsinə qumbara atacağını bildirib.  

 

Hadisədən dərhal sonra müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

 

Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Həsənov saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1332

Oxşar yazılar