Bakıda ikimərtəbəli avtobus yandı: yaralılar var - ADLAR - YENİLƏNİB
23 avqust 2013 11:29 (UTC +04:00)

Bakıda ikimərtəbəli avtobus yandı: yaralılar var - ADLAR - YENİLƏNİB

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtobusda baş vermiş yanğın söndürülüb. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı-Tiflis xətti üzrə hərəkət edən avtobus qəfil yanmağa başlayıb. hadisə vaxtı avtobusda olan sürücü 1966-cı il təvəllüdlü Təyyar Hümbətov və onun köməkçisi, Gürcüstan Respublikası vətəndaşı, Bolnisi rayonunun Faxralı kəndinin sakini  56 yaşlı Qasılmov Vidadi Sədrəddin oğlu ağır xəsarətlər alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

"Mercedes" markalı, 46 sərnişin tutumlu avtobusun əksər hissələri tamamilə yanaraq istifadəyə yarasız vəziyyətə düşüb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər alovun avtobusun yanacaq çəninə keçməsinin və yanğının miqyasının da artmasının qarşısını alıb.

 

****

11.01

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib. Sabunçu rayon dövlət Yanğından Mühafizə Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsində, Sülh küçəsində yerləşən Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında ikimərtəbəli avtobus yanır. Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib.

 

Yanğının digər nəqliyyat vasitələrinə keçməsinin qarşısı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4326

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47