17 il ərzində Azərbaycanda yaşayan rusları məcburi əməklə istismar etməkdə və insan alverində təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Tofiq Rzayev 8 il, Vüqar Rzayev 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdə hər iki şəxslə bağlı Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Hər ikisinə 2 il sınaq müddəti seçilib.
Digər zərərçəkən İqor Kolesnikov isə məhkəmə də iştirak edir. O, hazırda İnsan Alveri qurbanları ilə bağlı olan düşərgədə yaşayır.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən Donuz Kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alveri qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onlar barəsində polis nəzarətində qətimkan tədbiri seçilib.
Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevə Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham verilib.