
Mağaza oğruları tutuldu
Bakıda mağazadan oğurluq faktları qeydə alınıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşları hadisə ilə bağlı əməliyyat tədbirləri keçiriblər. Nəticədə sentyabrın 14-də rayon ərazisindəki mağazaların birindən 873 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Həsənov, R.Dadaşzadə və onun qardaşı H.Dadaşzadə saxlanılıblar.
Digər mağazadan oğurluq hadisəsi isə Xətai rayonunda baş verib. Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 2 mağazadan 250 manat pul, 50 manat dəyərində bijüteriya və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.
Oxşar yazılar

Yekaterinburqda azərbaycanlıların saxlanılmasının əsl səbəbi - YENİ FAKTLAR
15 avqust 2025 , 17:12Narkotik becərmək üçün 4 tunel qazıb - Saatlıdan ŞOK GÖRÜNTÜLƏR
15 avqust 2025 , 14:32
"Öldürülən qardaşımın nəşi indiyədək tapılmayıb" - Ermənilərin məhkəməsi
15 avqust 2025 , 14:14
Rusiya azərbaycanlı hərbçini əsir götürdü
15 avqust 2025 , 13:48
Qadını öz avtomobili əzib öldürdü - Görün necə?
15 avqust 2025 , 13:33Pomidor-xiyarın arasında narkotik əkmişdi, saxlanıldı - VİDEO
15 avqust 2025 , 13:23Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05