Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu
22 sentyabr 2017 00:04 (UTC +04:00)

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

0

Hacıqabulda məsciddən oğurluq edən şəxs narkotiklə tutulub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabulda yerləşən Hacıyadulla məscidi dini icmasından Hacıqabul Rayon Polis Şöbəsinə oğurluq barədə ərizə daxil olub.  Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 1978-ci il təvəllüdlü Cahangirov Sirac Şakir oğlu saxlanılıb. Saxlanılan zaman onun üzərindən 0,161 qram heroin aşkar edilərək götürülüb.

 

Oğurlanan əşyalar –ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitofon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.

 

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar