Mübahisə bıçaqlanma ilə nəticələndi
21 avqust 2013 14:14 (UTC +04:00)

Mübahisə bıçaqlanma ilə nəticələndi

0

Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib. Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Kür qəsəbəsində baş verib. Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Seymur Mehdiyev qohumu, 1987-ci il təvəllüdlü Elnar Cəfərovla mübahisə edərək onu bıçaqlayıb. Yaralı dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 754

Oxşar yazılar