Minvodıdan Bakıya uçan təyyarə 10 saat gecikib
22 avqust 2014 13:47 (UTC +04:00)

Minvodıdan Bakıya uçan təyyarə 10 saat gecikib

 

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yollarına məxsus, Minvodıdan Bakıya J 2 718 reysi üzrə uçan təyyarə hava limanında 10 saat ləngiyib. Bunu Lent.az-a həmin təyyarənin sərnişini, mədəniyyət və incəsənət universitetinin sadiq dosenti Elmira Alxasova deyib. Onun sözlərinə görə, Minvodı hava limanında gecikmənin səbəbini Bakıya uçacaq təyyarənin nasaz olduğu ilə izah ediblər: “Biz Moskva saatı ilə 16:30-da təyyarəyə minməli idik. Lakin uçuş gecikirdi. “AZAL”ın Minvodıdakı nümayəndəsi Seyran adlı şəxs əvvəl bizə dedi ki, təyyarə xarabdır, təmir olunur. Gecə saat 01:30-a qədər  gözlədik. Ac-susuz qaldıq. Nəhayət, sabah səhər 04:30-da təyyarəyə mindik”.

 

Bundan əlavə E. Alxasova hava limanında rusların azərbaycanlılara qarşı münasibətindən də danışdı. O bildirdi ki, pasport qeydiyyatından keçən zaman onların Bakıdan olduqlarını biləndə, nəzarətçilər kobudluq ediblər: “Şəkər xəstəsiyəm. Daim su içməliyəm. Bunu onlara nə qədər desəm də, əhəmiyyət vermədən əlimdəki su qabını aldılar. Üstəlik də, çamadanlarımızı töküb yenidən yoxladılar. Ancaq biz azərbaycanlılara qarşı belə etdilər”.

 

 

Məsələ ilə bağlı “AZAL”ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli ilə əlaqə saxlayıb təyyarənin gecikmə səbəbini öyrənmək istədik. Sualımızı dinləyən M. Səfərli isə telefonunu qapatdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410

Oxşar yazılar

Sahibkara məxsus kafe yandı

Sahibkara məxsus kafe yandı

10 avqust 2025 , 06:37
Xocalıda yanğın başlayıb

Xocalıda yanğın başlayıb

9 avqust 2025 , 23:54
Polis yanğın törədənləri  müəyyən etdi

Polis yanğın törədənləri müəyyən etdi

9 avqust 2025 , 22:59
Xəstəxananın həyətində 3 hektar ərazi  yandı

Xəstəxananın həyətində 3 hektar ərazi yandı

9 avqust 2025 , 22:15
Bakıda FACİƏ:  61 yaşlı kişinin meyiti pilləkən qəfəsində tapıldı

Bakıda FACİƏ: 61 yaşlı kişinin meyiti pilləkən qəfəsində tapıldı

9 avqust 2025 , 19:08
Evlərdən oğurluq edənlər belə SAXLANILDI

Evlərdən oğurluq edənlər belə SAXLANILDI

9 avqust 2025 , 18:06
Sumqayıtda ağacın altında meyit tapıldı

Sumqayıtda ağacın altında meyit tapıldı

9 avqust 2025 , 18:04
Bakıda FACİƏ:  usta hündürlükdən yıxılıb öldü

Bakıda FACİƏ: usta hündürlükdən yıxılıb öldü

9 avqust 2025 , 17:16