
Paytaxtda zəncirvari qəza: ölən var - YENİLƏNİB
Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən opel markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb:
"Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.
Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır".
***
12:48
Sabunçu rayonu R.Rüstəmov küçəsində 86 ünvanında, avtobusla minik maşını toqquşub.
Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər yaralanıb 1 nəfər ölüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaralılar isə 3 saylı xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağırdır.
Oxşar yazılar

Bakıda FACİƏ: 61 yaşlı kişinin meyiti pilləkən qəfəsində tapıldı
9 avqust 2025 , 19:08Evlərdən oğurluq edənlər belə SAXLANILDI
9 avqust 2025 , 18:06
Sumqayıtda ağacın altında meyit tapıldı
9 avqust 2025 , 18:04
Bakıda FACİƏ: usta hündürlükdən yıxılıb öldü
9 avqust 2025 , 17:16
Zabratda DƏHŞƏT: 29 yaşlı kişini belə öldürdülər -YENİLƏNİB
9 avqust 2025 , 16:58
Bakıda avtomobil piyadanı vurdu
9 avqust 2025 , 16:28
Sumqayıtda KURYOZ OĞURLUQ: 45 min manatı götürüb yerinə saxta pul qoydu
9 avqust 2025 , 14:17