Poçt şöbələri, bələdiyyə və apteklərdən oğurluq edən şəxs tutuldu
10 sentyabr 2013 15:17 (UTC +04:00)

Poçt şöbələri, bələdiyyə və apteklərdən oğurluq edən şəxs tutuldu

0

Poçt şöbələri, bələdiyyə və apteklərdən oğurluq edən keçmiş məhkum yaxalanıb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İlhamə Bayramovaya məxsus aptekdən 1560 manat pul, 5 saylı Qaz İstismar Sahəsinin inzibati binasından 3234 manat pul, 1 ədəd noutbuk və digər əşyalar, Mehdiabad Poçt Şöbəsindən 1 ədəd seyf, Mehdiabad qəsəbə bələdiyyəsinin inzibati binasından 1 ədəd fotoaparatı oğurlamış Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhbub Əliyev tutulub.

 

Məhbub Əliyev ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin may ayının 25-də qəsəbə sakini Məhərrəm Pirniyənin evindən 1 ədəd noutbuku da oğurlaması müəyyən edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar