Yevlaxda özünü öldürmək istəyən qadın xilas edilib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 5-də saat 6 radələrində Yevlax şəhəri ərazisindəki körpüdən bir qadın özünü Kür çayına atıb. Dərhal qadın həmin ərazidə xidmət aparan Yevlax Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən xilas edilib və RPŞ-yə təhvil verilib.
Araşdırma aparılır.