Prezident iranlı həmkarına başsağlığı verdi
11 sentyabr 2013 15:50 (UTC +04:00)

Prezident iranlı həmkarına başsağlığı verdi

0

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı teleqramı göndərib. Lent.az-ın məlumatına görə, dövlət başçı başsağlığı teleqramında Tehran-Qum yolunda baş vermiş ağır nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu son dərəcə kədərləndirdiyini qeyd edib: “Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 785

Oxşar yazılar