
Qatarın taksini vurduğu qəzada yaralananlarla bağlı AÇIQLAMA - YENİLƏNİB
Qəzada xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan ilkin diaqnoz təsdiqini tapmayıb.
Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 22 yaşlı qız və 20 yaşlı oğlanda qapalı kəllə-beyin travması aşkarlanmayıb. Onların vəziyyətləri normaldır və ambulator müalicəyə buraxılıblar.
***
14:09
Xəbər verdiyimiz kimi, Suraxanı rayonu, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub və hadisə nəticəsində yaralananlar olub.
Yaralıların vəziyyəti barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ilkin məlumata görə 4 nəfər xəsarət alıb:
"Təcili Tibbi Yardıma çağırış 12:44-də gəlib. Hadisə yerinə 5 briqada gedib. Yaralılar arasında vəziyyəti ağır olanlar - 22 yaşlı qız qapalı kəllə-beyin travması, yuxarı ətrafların sınığı, 20 yaşlı oğlan isə qapalı kəllə-beyin travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.
Həmçinin xəsarət alanlardan 38 yaşlı kişinin sol qolunun sıyrılmış yarasına, 33 yaşlı kişinin isə sol çiyinin və sol baldırının travmasına yerində yardım edilib və 33 yaşlı şəxs hospitalizasiyadan imtina edib".
Oxşar yazılar

Qusarda zəlzələ baş verdi
8 may 2025 , 01:17
Oğuzda maşın aşdı: yaralılar var - VİDEO
7 may 2025 , 23:43
Nəsimi rayonunda yanğın - VİDEO
7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı
7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı
7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı
7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO
7 may 2025 , 18:12