Qəbələdə minik maşını aşdı: yaralananlar var
21 sentyabr 2013 13:31 (UTC +04:00)

Qəbələdə minik maşını aşdı: yaralananlar var

Sentyabrın 20-də gecə saatlarında Qəbələ rayonu ərazisində Bakı şəhər sakini Kamran Zeynalov idarə etdiyi “Nissan” markalı avtomaşını aşırıb. Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında xəbər yerləşdirilib. Hadisə nəticəsində K. Zeynalovun xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Günel Tanrıverdiyeva, Şəbnəm Mustafayeva və Tacikistan vətəndaşı Alışan Nazarov xəstəxanaya yerləşdiriliblər. 


Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

# 831
avatar

Oxşar yazılar