Rusiyaya 6 kilo narkotik aparmaq istədi, 11 il həbs aldı
16 oktyabr 2015 10:31 (UTC +04:00)

Rusiyaya 6 kilo narkotik aparmaq istədi, 11 il həbs aldı

 

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində  təqsirləndirilən  Turac Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının  hökmü ilə T.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Yalama” gömrük postunda 55 saylı Bakı-Moskva sərnişin qatarında Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Hüseynov Turac Rəhman oğlunun əl yükünə keçirilən gömrük baxışı zamanı ona məxsus çemodanın alt hissəsindəki astarın içəri hissəsində gizlətdiyi 6 ədəd bağlamada külli miqdarda, ümumi çəkisi 5 kq 880 qram həşiş qətranı narkotik vasitəsi gömrük əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

T.Hüseynov şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256

Oxşar yazılar