Ticarət Mərkəzindəki yanğınla bağlı - <span style="color:red;">RƏSMİ MƏLUMAT  - <span style="color:red;">YENİLƏNİB
24 sentyabr 2016 12:25 (UTC +04:00)

Ticarət Mərkəzindəki yanğınla bağlı - RƏSMİ MƏLUMAT - YENİLƏNİB

0

Fövqəladə Hallar Nazirliyi Bakı şəhəri, Qaradağ rayonunda “SƏDƏRƏK” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən məlumatına görə, yanğın zamanı ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanmış, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

*** 10;02

 

 

Bakının Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğının qarşısı alınıb.

 

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında başlayan yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Qaradağ rayonunda Sədərək Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar