Şəmkir rayon sakinin sifət nahiyəsindən xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1980-ci il təvəllüdlü Rövşən Çobanov çənə nahiyəsinin kəsilmiş yarası diaqnozu ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib.
Vəziyyətinin normal olduğu bildirilir. R. Çobanovun dalaşaraq sifət nahiyəsindən bıçaqlandığı ehtimal edilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.