ŞOK!  “Xəzər Lənkəran” Dənizliyə 6 milyon avro verəcək
26 noyabr 2013 13:38 (UTC +04:00)

ŞOK! “Xəzər Lənkəran” Dənizliyə 6 milyon avro verəcək

0

Türkiyəli baş məşqçi Mustafa Dənizli “Xəzər Lənkəran” futbol klubu ilə 1,5 illik müqavilə imzalayacaq. Lent.az-ın “sporx”ə istinadən verdiyi məlumata görə, 64 yaşlı mütəxəssisin bu müddətdə qazancı 6 milyon avro təşkil edəcək.

 

Hazırda Topaz Premyer Liqasında 8-ci pillədə olan “ağ-yaşıllar” çempionatı 2-ci pillədə başa vursa, Dənizliyə daha 1 milyon avro mükafat veriləcək. Təcrübəli mütəxəssisin əmək haqqı dünyanın bir çox ünlü baş məşqçisindən yüksək olacaq. O, hətta Türkiyə “Qalatasaray”ındakı həmkarı Roberto Mançinidən 1,5 milyon avro çox qazanacaq. 2011-ci ildə Portuqaliya “Portu”suna Avropa Liqasını qazandırmış və hazırda İngiltərə “Tottenhem”inə rəhbərlik edən Andre Villaş-Boaş (4,35 milyon avro), “Benfika”nı 2012-2013-cü il mövsümündə Avropa Liqasının finalına çıxarmış Jorje Jezuş (3,8 milyon avro), Rusiya “Zenit”inin baş məşqçisi Luçano Spaletti (3,25 milyon avro), İtaliya yığmasına rəhbərlik edən Çezare Prandelli (3 milyon avro) və “Yuventus”un sükanı arxasında duran Antonio Konte (2,9 milyon avro) da ondan az əmək haqqı alır.  

 

Qeyd edək ki, Mustafa Dənizli “Xəzər Lənkəran”ın baş məşqçi postunda Con Toşakı əvəzləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1204

Oxşar yazılar