ŞOK! Vəzifəli şəxsin evinə basqın, həyat yoldaşı öldürülüb - YENİLƏNİB
14 avqust 2013 18:08 (UTC +04:00)

ŞOK! Vəzifəli şəxsin evinə basqın, həyat yoldaşı öldürülüb - YENİLƏNİB

Bu gün Abşeron rayonu ərazisində Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavini Aqil Dadaşovun həyat yoldaşı, 58 yaşlı Dadaşova Elmira Xəlil qızının qətli ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Lent.az-a Abşeron rayon prokuroru Qənimət Səfərov məlumat verib. Prokuror bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, meyit ilkin müayinədən keçirilib, müvafiq ekspertizalar təyin edilib. Hazırda əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. Saxlanılan yoxdur.

 

 

*****

 

 

17:48

 

Bu gün Abşeron rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs və ya şəxslər Dadaşov Aqil İsaq oğluna məxsus olan və Hökməli qəsəbəsində, Əliağa Vahid küçəsində yerləşən evə soxulublar. Onlar mənzildə olan ev sahibinin həyat yoldaşı, 1955-ci il təvəllüdlü Dadaşova Elmira Xəlil qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər.

 

Lent.az-ın məlumatına görə, qətlə yetirilmiş E.Dadaşovanın həyat yoldaşı Aqil Dadaşov Azərbaycan Həmkarlar Konfederasiyasının sədr müavinidir. Vesti.az-ın məlumatına görə, hadisəni törətmiş şəxs və ya şəxslər mənzilə tamah məqsədi ilə daxil olublar və evdə kimsənin olmasını bilməyiblər.

Qeyd edək ki, A. Dadaşov jurnalistdir. Uzun illər “Bakı” – “Baku” qəzetlərində çalışıb, “Ülfət” qəzetinin baş redaktoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10013

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47