Sumqayıtda dəhşətli qəzada ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib - ADLAR
20 sentyabr 2013 10:08 (UTC +04:00)

Sumqayıtda dəhşətli qəzada ölən 3 nəfərin şəxsiyyəti müəyyənləşib - ADLAR

 

Sentyabrın 17-də saat 00.20 radələrində Sumqayıt şəhəri ərazisində baş vermiş dəhşətli qəzada həlak olmuş 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, şəhərin Sülh küçəsində şəhər sakinləri Anar Məmmədovun idarə etdiyi “Wolksvagen-Passat”, Babək Bağırovun idarə etdiyi “Hyundai-Santafe” və Müslüm Məmmədovun idarə etdiyi “AzSamand” markalı avtomaşınların toqquşması nəticəsində ölən digər şəxslər 1989-cu il təvəllüdlü Şıxəliyev Fərman Pünhan oğlu, 1974-cü il təvəllüdlü Qasımov Rövşən Oruc oğlu və 1989-cu il təvəllüdlü Vəliyev Rəşad Fuad oğludur.

 

Qəza zamanı M. Məmmədovun sərnişinlərindən Salyan rayon sakini Qismət Kərimov, B. Bağırovun sərnişinlərindən Siyəzən rayon sakin Rəşad Cəlilov isə hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, yuxarıda adları qeyd edilən şəxslər də B.Bağırovun idarə etdiyi “Hyundai-Santafe”də olublar. B. Bağırov, M. Məmmədov, habelə onun digər sərnişinləri, Sumqayıt şəhər sakini Ramin Məmmədov, Yevlax rayon sakini Ceyhun Əzizov və Bakı şəhər sakini İlloriyan Katlyarov isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb.

 

# 3354
avatar

Nizam Rza

Oxşar yazılar