Ucarda avtomobilin vurduğu qadın 10 gün yaşadı
20 sentyabr 2017 12:00 (UTC +04:00)

Ucarda avtomobilin vurduğu qadın 10 gün yaşadı

0

Ucar rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış qadın vəfat edib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 10-da saat 14 radələrində Ucar şəhəri ərazisində Rüstəm Ağayev idarə etdiyi “VAZ-2114” markalı avtomobillə yolu keçən şəhər sakini Bənövşə Şirinovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 19-da orada ölüb.

 

Ucar RPŞ tərəfindən araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar