Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın hadisəsi qeydə alınıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən xəbər verir ki, zirzəmidə 2 m² sahədə taxta tullantıları yanıb. Yanğın zamanı binanın zirzəmisi mühafizə olunub. Yanğın saat 09:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Biləsuvar rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan 4 otaqlı mənzildə də yanğın baş verib.
Mənzilin 1 otağında ev əşyaları 3 m² sahədə və 1 ədəd televizor yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.