Yataqxanada yanğın:15 nəfər köçürülüb - YENİLƏNİB
26 noyabr 2013 11:07 (UTC +04:00)

Yataqxanada yanğın:15 nəfər köçürülüb - YENİLƏNİB

0

Sumqayıt şəhərində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 4000 kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1119

Oxşar yazılar