Zəngilana 200 Suriya ermənisi yerləşdirilib
17 yanvar 2013 19:02 (UTC +04:00)

Zəngilana 200 Suriya ermənisi yerləşdirilib

0

Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Zəngilan rayonuna Suriyadan gəlmiş 200-ə yaxın erməni yerləşdirilib.

 

 APA-nın “yerkramas.org” saytına istinadən verdiyi xəbərə görə, köçkünlərə ev tikintisi və kənd təsərrüfatı işləri üçün kredit verilib. Onların çoxu ermənicə bilmir və ərəbcə danışırlar. Erməni dilini bilməyən məktəblilər üçün yerli məktəbdə dərnək yaradılıb. 

 

Xatırladaq ki, Azərbaycan işğal olunmuş ərazilərdəki məskunlaşdırma siyasətinə kəskin etiraz edir və bu məsələni dəfələrlə beynəlxalq təşkilatlarda və toplantılarda qaldırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1671

Oxşar yazılar