Xəzərdə batan şəxsin meyiti çıxarıldı-YENİLƏNİB
27 avqust 2023 18:09 (UTC +04:00)

Xəzərdə batan şəxsin meyiti çıxarıldı-YENİLƏNİB

Avqustun 27-də Abşeron rayonu, Fatmayı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxsin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 16.51

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Lent.az-ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 3726
avatar

Oxşar yazılar