Qazaxıstanın Mankıstau vilayətinin Tüpkaragan rayonunda, Bautino kəndi sahilində ölü Xəzər suitiləri aşkarlanıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, sakinlərin müraciətindən sonra Ekologiya Departamenti və balıq mühafizəsi əməkdaşları əraziyə baxış keçirib. Ümumilikdə 112 suiti cəsədi tapılıb. İlkin məlumatlara görə, bəzi heyvanların boynunda balıqçı torları olub. Hadisə yerində su nümunələri götürülüb və araşdırmalara başlanılıb.
Qeyd edək ki, bu il bölgədə suitilərin kütləvi ölümü əvvəllər də qeydə alınıb - mayda 279, iyulda isə daha bir ölü suiti tapılıb.