Xırdalanda yaşlı kişi intihar etdi -  VİDEO
12 mart 2021 15:56 (UTC +04:00)

Xırdalanda yaşlı kişi intihar etdi - VİDEO

Xırdalanda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində "Megastore"nin binasında baş verib. Həmin binada yaşayan 50-60 yaşlarında bir kişi özünü binadan atıb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Onun ruhi-əsəb xəstəsi olduğu və bundan əvvəl bir neçə dəfə intihara cəht etdiyi bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl də həmin binada intihar hadisəsi olmuşdu.

Xırdalanda intihar hadisəsi oldu

# 2475
avatar

Mehman Nəbiyev

Oxşar yazılar