Xocəsəndə 12 hektar sahə yandı - VİDEO
31 may 2025 01:14 (UTC +04:00)

Xocəsəndə 12 hektar sahə yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Lent.az xəbər verir ki, bu haqda FHN-in mətbuat xidməti məlumat yayıb.

Yanğınsöndürənlər tərəfindən açıq ərazidə baş vermiş yanğın tam söndürülüb.

Yanğın nəticəsində 12 hektar sahədə quru ot və kol-kos yanıb.

Ərazidəki ağaclar və ictimai iaşə obyektləri yanğından mühafizə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar