Yasamalda "Porsche" ilə "avtoş"luq  edən həbs olundu - VİDEO
11 dekabr 2025 11:05 (UTC +04:00)

Yasamalda "Porsche" ilə "avtoş"luq edən həbs olundu - VİDEO

0

Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Porsche" markalı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlayıblar.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka  inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 492

Oxşar yazılar