Yekaterenburqda öldürülənlərin nəşi  nə zaman gətiriləcək? - AÇIQLAMA
30 iyun 2025 11:45 (UTC +04:00)

Yekaterenburqda öldürülənlərin nəşi nə zaman gətiriləcək? - AÇIQLAMA

3 gün əvvəl Rusiyanın Yekaterenburq şəhərində güc strukturları Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edərək onları öldürüb. Günlər keçməsinə baxmayaraq, hələ də onların nəşi Azərbaycana gətirilməyib.

Lent.az-a danışan “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynli qardaşlarının nəşinin bu gün Bakı vaxtı ilə 20:00-21:00 arasında ölkəyə gətiriləcəyini bildirib. 

“Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına əsasən nəşlərin bu gün axşam gətirilməsi nəzərdə tutulub. Hər hansısa fors-major hal baş verməzsə, axşam saat 9-10 aralığında hava limanına gəlməyi planlaşdırılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824

Oxşar yazılar