Ələt-Astara magistralında ağır qəza:  2 nəfər ölüb-YENİLƏNİB -VİDEO
01 noyabr 2026 10:06 (UTC +04:00)

Ələt-Astara magistralında ağır qəza: 2 nəfər ölüb-YENİLƏNİB-VİDEO

1

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı və qəza nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı Salyan rayonunun Muğangəncəli kənd sakini, 1970-ci il təvəllüdlü Ələkbər Həsənovun idarə etdiyi “Qazel” markalı avtomobil qoşqulu yük avtomobilinə toxunaraq idarəetmədən çıxıb və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücü və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Fariz Qarayev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

***

saat 06.28

Ələt-Astara magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Qazel” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

Nəticədə 2 nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 922

Oxşar yazılar