Yeni doğulan körpələri xaricə satan  Nərgiz saxlanıldı
25 mart 2023 15:46 (UTC +04:00)

Yeni doğulan körpələri xaricə satan Nərgiz saxlanıldı

Rusiyanın Naro-Fominsk şəhərində qadın saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, rusiyalı uşaqları xaricə satmaqda şübhəli bilinir.

Məlumata əsasən, saxlanılan 46 yaşlı Naro-Fominsk sakini Nərgiz Həmidovadır. Qadın “Sweetchild” surroqat ana firmasında menecer işləyib.

2020-ci ildə Moskvadakı mənzillərin birində satış üçün xaricə göndəriləcək beş körpə tapılıb. “Sweetchild” əməkdaşları əmin ediblər ki, uşaqlar IVF-nin köməyi ilə dünyaya gəliblər, onların bioloji valideynləri isə əcnəbidir. Lakin şirkətdə bu məlumatı təsdiqləyən sənədlər olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin rusiyalı uşaqların xaricə satışında əli olduğunu müəyyən edirlər. Bundan əlavə, artıq satılan körpələrin dəqiq sayı da müəyyənləşir.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

Oxşar yazılar