İzmirin Çeşmə rayonunda bir tikinti şirkətinin keçmiş işçisi S.Ş. onun yerinə işə götürülən 29 yaşlı Soner Boztepeni başına balta ilə vuraraq öldürüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Çeşmənin Ovacık məhəlləsindəki Bostancı sitesi sahilində keçmiş mühafizəçi işləyən S.Ş. onun yerinə işə götürülən sahə mühafizəçisi Soner Boztəpəyə arxadan yaxınlaşaraq balta ilə başına zərbə endirib və qaçıb. Məlumatdan sonra hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Hadisə yerində ilkin tibbi yardım göstərilən Boztəpənin öldüyü müəyyən edilib.
Hadisənin ardından araşdırma başlatan jandarma qrupları ərazidəki təhlükəsizlik kameralarını araşdıraraq S.Ş.ni yaxalayıb məhkəmə tərəfindən həbs edilib.
Bu arada, Boztəpənin Çeşme bələdiyyəsi parklar və bağçalar idarəsində işlədiyi və gəlirini artırmaq üçün bir neçə gün əvvəl kompleksdə axşamlar işləməyə başladığı öyrənilib. S.Ş. ailəsi ilə birlikdə onlara verilən mənzildə yaşamağa davam edib və hadisədən bir neçə gün əvvəl S.Ş. “Dolanışığımı əlimdən aldın” deməsi onların arasında mübahisəyə səbəb olub.